22.5 C
Bakı
29 İyun 2026 04:35
CəmiyyətGündəmİqtisadiyyat

“Vergilər və cərimələr artırılması, qiymətlər bahalaşması neft-qaz gəlirlərinin azalmasını kompensasiya edə bilməz”

Azərbaycanın neft-qaz gəlirləri kəskin surətdə azalır. Bu azalma hər il yüzmilyonlarla dollarla ölçülür. Nəticələri artıq göz qabağındadır. Artıq Cənubi Qafqazda əmək haqqı, pensiya, həyat səviyyəsinə görə sonuncu yerdəyik və “bölgənin autsayderi”nə çevrilmişik.

Enerji pullarının sel kimi axdığı dövrdə təkrar pul qazandıran heç bir şey yaradılmadı. Gözdən pərdə asmaq üçün açılan obyektlər bir müddət sonra qapadıldı. Əvəzində elə obyektlər inşa olundu ki, bundan sonra da büdcədən pul yeməkdə davam edəcəklər – olimpiya kompleksləri, olimpiya stadionu kimi.

Hökumət azalan gəlirlərin yerini insanlardan birbaşa və dolayısı ilə alacağı pullarla doldurmağa çalışır. Vergilər və cərimələr artırılır, qiymətlər bahalaşır. Amma bütün bunlar xalqı daha da səfalətə sürükləməklə yanaşı, neft-qaz gəlirlərinin azalmasını kompensasiya edə bilməz.

Belə gedərsə labüd olacaq kollapsdan qurtulmanın yolu köklü iqtisadi islahatlar aparılması və azad iqtisadi mühit yaratmaqdır. Lakin islahat və azad(lıq) kimi anlayışlar da mövcud iqtidarın DNT-nə ziddir. Beləcə, qarşıda bizi yaxşı heç nə gözləmir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Elnarə Qasımova: “Həbsdə olmalı olanlar illərdir bu ölkəni çapıb-talamaqdan gözləri doymayanlardır”

admin

Bu peşənin sahibləri RİSK ALTINDA

redaktor

Əsirlikdə olan Aqşin Bəbirovun anası: “Əminəm ki, cənab Prezident övladımı ermənilərin əlində qalmağa qoymayacaq”

redaktor