CəmiyyətHadisəKriminal

Türkiyədə həbs edilən gəncəli tələbənin atası: Əsl həqiqət budur

Eskişehir Osmanqazi Universitetinin İqtisadi və İdarəetmə Fakültəsinin İqtisadiyyat ixtisasında təhsil alan gəncəli tələbə Amin Əliyev təhsil haqqını ödədiyi dövrdə internet üzərindən bir saytda dollar dəyişdirdiyi üçün həbs edilərək Antalyanın Döşəməaltı “L” Tipi həbsxanada saxlanılır.

Tacxeber.com xəbər verir ki,  Gencexeber.az-a Türkiyədə olan Aminin atası Elşən Əliyev bildirib ki, oğlu heç bir qanun pozuntusuna yol verməyib, sadəcə internet dələduzlarının toruna düşüb: “O, nümunəvi, tərbiyəli və çalışqan bir tələbədir”.

“Aminin nümunəvi davranışını və savadlı tələbə olmasını Eskişehir Azərbaycan Dərnəyi, Azərbaycanın Türkiyədəki səfirliyi və təhsil aldığı universitetdəki tələbə yoldaşları da təsdiq edirlər. Hadisə barədə artıq Azərbaycanın Türkiyədəki səfirliyi və Xarici İşlər Nazirliyi məlumatlandırılıb. Məsələ diplomatik nəzarət altındadır”, – E.Əliyev əlavə edib.

Onun sözlərinə görə, Gəncədə bəzi şəxslər məsələnin təfərrüatını bilmədən yanlış fikirlər yayırlar: “Əsl həqiqət budur ki, Amin təmiz, vicdanlı və nümunəvi bir gəncdir. Biz inanırıq ki, ədalət bərpa olunacaq və Aminin təmiz adı qorunacaq. Anlamadan, düşünmədən bir gəncin haqqında şər, böhtan atmasınlar”, – Amin Əliyevin atası vurğulayıb.

Qeyd edək ki, Aminə valideynləri tərəfindən Azərbaycandan bank kartına manatla pul göndərilib. O da təhsil haqqını ödəmək üçün internet üzərindən pul dəyişdirib. Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u Amin da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 10-na yaxın şəxs saxlanılıb.

Lakin bu səbəbdən Türkiyəyə yollanan Aminin atası Elşən Əliyev Pakizə xanımı tapıb ona vəziyyəti başa saldıqdan sonra qadın şikayətini geri çəkib. Buna baxmayaraq Amin hələ də buraxılmayıb.

Bundan başqa, sözügedən məsələ ilə bağlı Eskişehir Osmanqazi Universitetinin qarşısında gəncəli tələbəyə dəstək aksiyası keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyi Gənclik Qolu başqanı Əlirza Əlirzayev çıxışında bildirib ki, azərbaycanlı tələbə Amin Əliyev təhsil haqqını ödədiyi zaman internet üzərindən bir saytda dollar dəyişdirdiyi üçün dələduz dəstənin qurduğu fırıldağın qurbanı olub. Onun sözlərinə görə, məhkəmə orqanlarının verdiyi səhv qərarlar ucbatından tələbənin təhsil hüququ pozulub.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Xatirə “I lave Moscow” yazdı, müzakirələrə səbəb oldu

redaktor

“Abzasçılar” məhkəmədə iştirakdan imtina etdilər.

admin

Bakı çimərliyində qorxulu anlar – FOTO – VİDEO

redaktor