DünyaMuharibə

Son ayda USQ-nin ən önəmli əməliyyatlardan biri

1 noyabrda Ukraynanın Baş Kəşfiyyat İdarəsi Moskva vilayətində yerləşən “Koltsevoy” neft məhsulları kəmərini sıradan çıxarıb.

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin xüsusi əməliyyatı nəticəsində Rusiyanın mühüm hərbi obyektlərindən biri “Koltsevoy” neft məhsulları kəmərinə zərbə endirib. Bu kəmər Rusiya ordusunu yanacaq resursları ilə təmin edirdi.

Rusiya ordusunu benzin, dizel və aviasiya yanacağı ilə təmin edən üç xətt eyni anda partladılıb.

“Koltsevoy” kəməri Rusiyanın ən böyük yanacaq marşrutlarından biridir, təxminən 400 km uzunluğundadır. Onun vasitəsilə hər il təxminən 3 milyon ton aviasiya yanacağı, 2,8 milyon ton dizel və 1,6 milyon ton benzin nəql edilirdi. Bu yanacaq Ryazan, Nijni Novqorod və Moskva neft emalı zavodlarından təmin olunurdu.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Qafqaz üçün “Məkkə sazişi”: Türkiyənin yeni təhlükəsizlik təşəbbüsü

redaktor

“Ruslar kimi satılmayın”: Kastronun Qərb haqqında tarixi xəbərdarlığı

redaktor

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?

redaktor