Dünyaİqtisadiyyat

Çin neft müqabilində İran üçün infrastruktur qurur

İran neftinin Çinə tədarükü barter sistemi vasitəsilə həyata keçirilir və bu sistem çərçivəsində Pekin İranda infrastruktur obyektləri inşa edir.

Bu barədə “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İranın neft tədarükü prosesində Çinin Sinosure sığorta şirkəti və Chuxin maliyyə qurumu iştirak edir. Əməliyyatlar beynəlxalq bank sistemindən yan keçir və vəsaitlərin bir hissəsi infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönəldilir.

Məsələn, keçən il İran nefti üçün təqribən 8,4 milyard dollarlıq ödəniş Çinin İranda inşa etdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Nəşr qeyd edib ki, Çin əsrin əvvəlindən İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Üstəlik, Çinin İranda infrastruktur işlərinin həcmi 2021-ci ildən artıb.

İnfrastruktur tikintisinə kömək etməklə yanaşı, Tehran neft gəlirlərindən birbaşa Çin mallarını almaq üçün də istifadə edib. (Banker.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Əjdaha ilində Azərbaycan üçün ən önəmli hadisə bu olacaq – PROQNOZ

admin

“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır”

redaktor

Baş nazir cərimə olunacaq – Səhvini etiraf etdi, üzr istədi

redaktor