26 C
Bakı
16 Avqust 2026 01:22
Hadisəİdman

Azərbaycan millisi Ukraynaya qarşı.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Millimiz Bakıda Ukrayna yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).

D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

9 sentyabr

DÇ-2026, seçmə mərhələ

D qrupu

20:00. Azərbaycan – Ukrayna

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu (Qol.az)

Oxşar xəbərlər

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Xankəndidə ev istəyən keçmiş məcburi köçkün: ‘Niyə normal evlərdən birini vermirlər?’

admin

Bu gün “Qarabağ”ımız oynayır

admin