CəmiyyətDünyaMaraqlı

Çin alimlərindən yeni ixtira: Bədən istiliyi elektrik enerjisinə çevriləcək

Çin alimləri insan bədəninin istiliyini elektrik enerjisinə çevirə bilən elastik material yaradıblar. Bu kəşf gələcəkdə özünü enerji ilə dolduran “ağıllı” geyimlərin və geyilə bilən qadcetlərin hazırlanmasına imkan verəcək.

Bu barədə məlumatı “South China Morning Post” qəzeti yayıb.

Nəşrin yazdığına görə, ixtira geyilə bilən cihazların tez-tez şarj edilməsinə olan ehtiyacı aradan qaldıra bilər.

Alimlər materialı elə formada inkişaf etdirməyi planlaşdırırlar ki, o, paltarların içinə yerləşdirilsin və bədən istiliyini tənzimləməklə yanaşı, cibdəki telefonu enerji ilə doldura bilsin.

Bundan başqa, materialın potensial tətbiq sahələri sırasında xarici batareyaya ehtiyac duymayan tibbi sensorlar da göstərilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Elman Nəsirov salfet satanlarla bağlı çıxışının müzakirəyə səbəb olmasından danışdı: “Hər kəs öz ağlı səviyyəsində yozur”

redaktor

Tramp “Epştein” faylları üzrə münsiflərin ifadələrinin yayımlanmasını tələb edir

redaktor

UNİBANK-ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhərindəki villasını 17 milyon avroya satır – FOTO

admin