22.6 C
Bakı
29 İyun 2026 07:46
CəmiyyətHadisə

Qaxda 13 yaşlı qıza kollektiv təcavüz olunduğu bildirilir

Qax rayonunda 13 yaşlı qıza kollektiv və fərdi şəkildə təcavüz edildiyi bildirilir.

Məlumatı ilk olaraq feminist fəal Gülnara Mehdiyeva avqustun 27-də “Facebook” səhifəsində yayıb.

O, adını açıqlamadığı mənbəyə əsasən bildirib ki, Qaxın kəndlərindən birində 13 yaşlı qıza təcavüzə görə 30-a yaxın şəxs saxlanılıb.

“Onlardan 2-si polisdir. Polislərdən birinin başqa ölkəyə qaçdığı deyilir. Qeyd olunur ki, 30-a yaxın şəxsdən 5 nəfəri qrup şəklində, digərləri isə ayrı-ayrı vaxtlarda bu cinayəti törədib”, – Mehdiyeva vurğulayıb.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də xəbəri “Facebook”da təsdiqləyib, lakin polislərin iştirakını “dezinformasiya” adlandırıb.

Mehdiyeva isə cavabında mənbəsinə istinadən bir daha polislərin hadisədə iştirak etdiyini iddia edib. O qeyd edib ki, polislərdən biri kənd sakininin qohumudur və kənddə məhz polislərin təcavüzdə iştirakı müzakirə mövzusu olub.

Daxili İşlər Nazirliyi və digər qurumlar hadisə ilə əlaqədar hələ də açıqlama verməyib. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qarpıza görə arvadını döyən şəxs: “Təpiklə ayağına bir neçə dəfə vurdum”

redaktor

“Səni axtarıram”a gələn qadın: “Həyat yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir”

redaktor

Sakinlərə müjdə: Evlərin sənədləşdirilməsi asanlaşır – RƏSMİ

redaktor