11 C
Bakı
23 Aprel 2026 15:02
CəmiyyətSağlamlıq

Canan Karataydan xəbərdarlıq: Qabığı ilə yeməyin!

Təbii qidalanma və sağlam yaşam üzrə ekspert Prof. Dr. Canan Karatay limonun düzgün istehlak edilməməsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, Karatay xüsusilə limon qabığında aparılan “mumlama” prosesi barədə vətəndaşları xəbərdar edib.

Onun sözlərinə görə, limon qabığındakı kimyəvi mumlar bağırsaq florasına zərər verir, həzm sisteminə mənfi təsir göstərir və uzun müddətdə immuniteti zəiflədə bilər. Karatay əlavə edib ki, bu maddələr hətta xərçəng riskini artırır.

Ekspert vurğulayır ki, hazır meyvə və tərəvəzlər yaxşıca yuyulmadan və qaynağı bilinmədən istehlak edilməməlidir. Limon qabığını sağlam şəkildə istifadə etmək üçün:

Üzvi və mumsuz məhsullar seçilməlidir,

Məhsulu sirkəli suda isladıb yaxşıca yumaq tövsiyə olunur.

Karatay bildirir ki, düzgün yuyulmamış və mumlanmış limon qabığı bağırsaq florasındakı faydalı bakteriyalara zərər verir, buna görə də sağlamlıq üçün təhlükəli ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çinlilər uzunömürlülüyün sirrini açdılar: Bir stəkan su

redaktor

Neftçalada özünü öldürən iş adamı ilə bağlı YENİ DETALLAR/ FOTO

admin

“Hamı bizi Gürcüstan millisi ilə müqayisə edir, amma deyən yoxdur ki…” – gürcülərin bizdən üstün olma SƏBƏBLƏRİ

admin