15 C
Bakı
03 Oktyabr 2026 10:56
CəmiyyətSağlamlıq

Canan Karataydan xəbərdarlıq: Qabığı ilə yeməyin!

Təbii qidalanma və sağlam yaşam üzrə ekspert Prof. Dr. Canan Karatay limonun düzgün istehlak edilməməsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, Karatay xüsusilə limon qabığında aparılan “mumlama” prosesi barədə vətəndaşları xəbərdar edib.

Onun sözlərinə görə, limon qabığındakı kimyəvi mumlar bağırsaq florasına zərər verir, həzm sisteminə mənfi təsir göstərir və uzun müddətdə immuniteti zəiflədə bilər. Karatay əlavə edib ki, bu maddələr hətta xərçəng riskini artırır.

Ekspert vurğulayır ki, hazır meyvə və tərəvəzlər yaxşıca yuyulmadan və qaynağı bilinmədən istehlak edilməməlidir. Limon qabığını sağlam şəkildə istifadə etmək üçün:

Üzvi və mumsuz məhsullar seçilməlidir,

Məhsulu sirkəli suda isladıb yaxşıca yumaq tövsiyə olunur.

Karatay bildirir ki, düzgün yuyulmamış və mumlanmış limon qabığı bağırsaq florasındakı faydalı bakteriyalara zərər verir, buna görə də sağlamlıq üçün təhlükəli ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hicab mübahisəsi: qızlarımızın təhsili və seçim azadlığı

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin