24.1 C
Bakı
28 İyun 2026 15:43
DünyaSiyasət

Netanyahu Norveçə gedəcəyi təqdirdə həbs ediləcək

Norveç İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyir və baş nazir Benyamin Netanyahunun krallığa gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair orderi icra edəcək.

Bunu “Al Jazeera” telekanalına müsahibəsində xarici işlər nazirinin müavini Andreas Motsfeldt Kravik deyib.

O vurğulayıb ki, Norveç hökuməti BCM-nin Netanyahunu həbs etmək qərarından xəbərdardır və o (İsrailin baş naziri – Qeyd) Norveç torpağına ayaq basarsa, bu orderi icra edəcək.

Kravik xatırladıb ki, krallıq bir sıra digər ölkələrlə birlikdə İsrailin maliyyə naziri Betsalel Smotriçə və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Sülhməramlıların məsuliyyət zonasında da gərginlik var” – Paşinyan

redaktor

L-Sistein: mənbəyi, istifadəsi və riskləri

redaktor

Trampdan Putinə XƏBƏRDARLIQ – “Əgər mən olmasaydım…”

redaktor