23.7 C
Bakı
29 İyun 2026 00:38
DünyaSiyasət

“Ukraynalılar işğalçılara torpaq verməyəcək” – Tramp-Putin görüşü öncəsi Zelenskidən sərt açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi sərt açıqlama verib.

Qeyd edək ki, “Bloomberg”-in iddiasına görə, sammitdə Ukrayna müharibəsinin dayandırılması üçün “ərazi mübadiləsi” variantı müzakirə olunacaq. “Bloomberg” yazır ki, müzakirə olunacaq plan Rusiyanın Xerson və Zaporojye bölgələrində mövcud cəbhə xəttini dondura bilər. Rusiya isə 2014-cü ildə ilhaq etdiyi Krımın və Donbasın tamamilə Moskvanın nəzarətinə verilməsini tələb edir. Bu isə Ukrayna ordusunun Donetsk və Luqansk bölgələrindəki mövqelərini tərk etməsini nəzərdə tutur.

Zelenski bu plana qəti etiraz edərək bildirib:”Ukraynalılar işğalçılara torpaq verməyəcək. Bura bizim torpağımızdır, bizim Ukraynamızdır”.

O, Rusiyanın işğalının Ukrayna Konstitusiyasına və xalqın iradəsinə zidd olduğunu bildirib.

Ukrayna lideri Polşa Baş naziri Donald Tusk, Almaniya Kansleri Fridrix Mers və Fransa Prezidenti Emmanuel Makron ilə danışıqlarını davam etdirdiyini qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Zelenskiyə ŞOK SÖZLƏR: “Komediyaçı…”

redaktor

İngiltərədə təşviş: Bu virusdan ən azı 30 uşaq ölüb

redaktor

SBU pilotsuz təyyarələri Tatarıstandakı Şahed anbar terminalını vurub

redaktor