DünyaHadisəSiyasət

“Barakın “Nobeli” var mənim niyə olmasın.”

Bu axşam yekun sülh sazişi olmayacaq.

Rusiya Cənubi Qafqazı belə asanlıqla əldən verən dövlət deyil. 200 ildən artıqdır Cənubi Qafqazı özünün əsas starteji siyasi-coğrafi məkanı kimi idarə edən Rusiyanın bu səssizliyinin arxasında böyük mətləblər yatır. Heç kimi inandırmaq mümkün deyil ki, 200 ildən artıq bir regionu öz federasiyası kimi idarə edən dövlət ondan belə asanlıqla əl çəkir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz Suriya deyil ki, Rusiya oradan belə rahatlıqla çıxsın. Rusiyanın Cənubi Qafqazdan çıxması üçün onun yetəri qədər zəifləməsi lazımdır. Rusiya Ukraynaya təcavüzündən keçən müddət ərzində zəifləyib, amma Rusiya Ukraynanın hal-hazırda 20%-nə nəzarət edir. Bizdə səhv bir yanaşma odur ki, biz Rusiyanı çox zəif bir dövlət bilirik. Amma faktiki 3 ildən artıqdır ki, dünyanın ən güclü 80 dövləti ilə mübarizə aparıb, bir addım da geri çəkilməyəsən. Belə zəif dövlət olmur.

Dünən Donald Trampın xüsusi nümayəndəsi S.Uitkof Moskvada idi. Görünən odur ki, Uitkof Putini sabahkı Tramp Paşinyan Əliyev görüşü üçün sakitləşdirə bilib.

Putinə söz verilib ki, bu sənəd sadəcə paraflanma, niyyət xarakterli olacaq. Cənab Trampa “Nobel” sülh mükafatı lazımdır. Onun Barak Obama ilə bu məsələdə böyük qısqanclığı var. Donald Tramp bu həyatda hər şeyə nail olmuş adamdır. Uğurlu biznesmen, dəli-dolu prezident, Amerikaya yeni trilyonlar qazandıran praqmatik lider və sair və ilaxır. Bundan sonra 80 yaşlı qocaya nə lazımdır? Dünyanın ən ali sülh mükafatı.

Çox təəssüflər ki, ABŞ Trampın hakimiyyəti dövründə öz ənənəvi siyasətindən fərqli siyasət sərgiləyir. Xüsusən insan haqqları, demokratiya məsələlərində. Yəqin ki, bu səhv siyasət ABŞ-ın gələcək prespektivdə dünya liderliyi xarizmasını böyük ölçüdə zədələyəcək. Xüsusən də, Avropa İttifaqı ilə. Tramp hələ qarşıdakı üç ərzində hansı bir-birini təkzib edən, beynəlxalq siyasi düzəni pozacaq addımlar atacaq bunu zaman göstərəcək. Amma bütün bunlar heç bir halda ABŞ dövlətinə baş ucalığı gətiməyəcək.

Azərbaycanla Ermənistan arasında ABŞ da daxil olmaqla müharibədən öncə yüzlərlə görüş, toplandı, müzakirə keçirildi, amma heç biri bir uğur gətirmədi. Müharibədən sonrakı görüşlər də aşağı-yuxarı həmin xəttin davamıdır. Əgər 2018-ci ildə Sarkisyan Putinə dönük çıxıb hakimiyyəti Paşinyana ötürməsə idi, Azərbaycan bir qarış da olsun torpaq geri qaytara bilməyəcəkdi. Rusiya Paşinyanı yıxmaq üçün bütün bu güzəştlərə getdi.

Bu gün düşünmək ki, Rusiya Ukraynada zəiflədiyi üçün Cənubi Qafqazı belə sakitliklə ABŞ-a güzəştə gedir, bu yanlış yanaşmadır.

Həqiqi sülh Rusiya Cənubi Qafqazdan çıxacaq qədər zəifləyəndən, İlham Əliyev hakimiyyətdən gedəndən sonra olacaq.

P.S. Hər kəsin siyasət haqqında mülahizələri, yanaşmaları fərqli ola bilər. Heç kim siyasi mülahizələrdə hər dəfə haqlı çıxır məsələsi də yoxdur. Dünyaca məşhur siyasi xadim Kissincer də müəyyən məslələrdə çox kobud şəkildə yanılıb və digərləri də. Ona görə də istənilən şəxsin yazdığı əks arqumetli siyasi mülahizələrə görə nəzakət qaydalarını pozacaq, ironiya içərəcək cavablar verməyə ehtiyac yoxdur. Əslində əsl sağıam mövqe əks arqumentli fikirlərin müzakirəsində ortaya çıxır. Məsələn, bütün dünyanın 2/3 hissəsini uzun müddət idarə edən B. Britaniya parlamentindəki qızğın müzakirələr və digər Qərb dövlətlərindəki açıq söz savaşı, ABŞ prezidentlərinin debatları və s.

Bizim və hamımızın bir vahid hədəfimiz var. Azərbaycanı 32 illik ailə hakimiyyətinin əsarətində. xilas etmək. Yaltaqlarla, yalaqlarla, beyni yuyulmuşlarla məsələ aydındır. Bunun üçün də hər zaman sağlam, əsl müxalifətçi mövqeyi ortaya qoymaq lazımdır. Yoxsa, bizim hökümət təbliğatçılarından nə fərqimiz!?

Siyasi məhbuslara azadlıq.

İlham Əliyevə istefa!

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın cənubu yuxuya həsrət qalıb…

admin

Uzun müddət bizim görüş yerlərindən biri də İçərişəhərdə Qala divarı ilə üzbəüz yeraltı hamam idi.

admin

Akar: Tək yumruq kimi birləşməyə hazırıq!

redaktor