CəmiyyətDünyaHadisə

Qazaxıstanda itkin düşən helikopter 11 gündür tapılmır

Qazaxıstanda itkin düşən helikopterin ekipajının axtarışı üzrə axtarış-xilasetmə işlərinə 330-dan çox şəxsi heyət, 59 texnika, 23 üzən vasitə, 12 pilotsuz uçuş aparatı, eləcə də exolot, georadarlar, aviasiya və kinoloji bölmələr cəlb olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq 11 gündür davam edən axtarışlarda Müdafiə Nazirliyinin mütəxəssisləri ilə yanaşı, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və digər dövlət qurumlarının əməkdaşları da iştirak edir.

Çətin şəraitə – dibin dərin lillənməsinə, su altında sıfıra bərabər görüntü və dəyişkən hava şəraitinə baxmayaraq, işlər fasiləsiz aparılır.

İtkin düşən helikopterin ekipaj üzvlərinin taleyi və faciəyə gətirib çıxaran səbəblər müəyyən olunana qədər axtarış tədbirləri davam etdiriləcək.

Qeyd edək ki, iyulun 25-də Almatı vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 helikopteri planlı uçuş zamanı radarlardan itib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki….

redaktor

Azərbaycan mətbuatının 150 illik yubileyi: Azad sözün yas mərasimi

admin

Planlarımızı başqalarına danışanda buna görə reallaşmırmış

redaktor