CəmiyyətHadisəİdman

“Araz Naxçıvan”ın heyrətamiz incəlikləri…

Yaydır, çöldə də 40 dərəcə isti var. Odur ki, həm də uzun-uzadı yazı oxumağa çoxlarının həvəsi yoxdur deyə, birbaşa mətləbə keçirəm.

“Araz Naxçıvan”la bağlı bir-iki heyrətamiz incəliyə.

Görün hansı şəraitsizlik və məhdud maddi imkanlarla da bir komanda Avropada uğurlu debüt edə bilərmiş.

Getdik.

Bir: Az büdcə ilə (6-7 milyon manat arası) özündən 4-5 dəfə artıq büdcəyə malik klubları qabaqlayaraq Azərbaycan Premyer Liqasında 3-cü yer tutmaq və UEFA Konfrans Liqasına vəsiqə qazanmaq!

İki. Özünün məşq meydançasının olmaması (səhv oxumadınız!). Bakıda, bəzən də Sumqayıtda məşq etməsi.

Üç. Özünə məxsus avtobusun olmaması

Dörd. Klub işçilərinin sayının azlığı (7-8 nəfər). 10 nəfərin işini 1 nəfərin görməsi!

Beş. Komandanın hələ də yerli çempionatda ev oyunlarını doğma Naxçıvanda yox, Bakıda Mərdəkan çimərliyinə bitişik stadionda keçirməsi. Bəlkə heç olmasa bu uğur stimul ola, səlahiyyətli şəxslər Naxçıvan stadionuna tez əl gəzdirələr ki, komanda artıq doğma yurda qayıda.

Altı. Aşağı maaş və sair və ilaxır.

Və bu şəraitsiz komanda büdcəsi 50 milyon avronu aşan Yunanıstan liqasının təmsilçisi “Aris”i Avropa kuboklarından kənarlaşdırır! Yunan mediası şokdadır, bunu özləri üçün biabırçı məğlubiyyət adlandırır. Əlbəttə, yunanlar nə düşünür, nə fikirləşir, özlərinə qalsın.

Biz haqqı olanın haqqını verək.

Bütün “Araz Naxçıvan” heyətinin – inzibati, texniki, futbolçu, məşqçi…

Və Elmar Baxşıyevin.

44 yaşlı bu fədakar azərbaycanlı oğlunun.

Bir ilə qorxmaz, mübariz komanda quran bacarıqlı baş məşqçimizin.

Bəli, Elmar Baxşıyev özümüzünküdür.

Özümüzünkü isə o deməkdir ki, bizim də yaxşı mütəxəssislərimiz var. Və onlara inanıb dəstək olanda Avropada belə nəticə verə bilirlər.

Yəni indi udan azərbaycanlıdır.

Uduzan xarici…

Aydın Bağırov

Oxşar xəbərlər

Yıxılan kimdir, balta kimin əlindədir?

redaktor

Fatimə Mövlamlı: “Yazıma görə ailəmlə görüşlərimi ləğv edəcəklər”

admin

Giləzi-Quşçuluq”da 400 tondan artıq yararsız toyuq əti: direktor həbs edilib

admin