25.3 C
Bakı
13 İyun 2026 13:10
DünyaSiyasət

Putin 25 il əvvəl nə üçün prezident olmaq istəməyib?

Rusiya prezidenti Vladimir Putin 25 il əvvəl ovaxtkı dövlət başçısı Boris Yeltsinlə söhbətində prezident olmaq istəmədiyini deməsinin səbəbini izah edib.

Tacxeber.comxəbər verir ki, jurnalist Pavel Zarubinə müsahibəsində Putin deyib:

“Birincisi, mənim üçün gözlənilməz oldu, ikincisi, bəlkə də, istəmədim, çünki hazır olmadığımı düşünürdüm. Bu, bununla bağlı idi. Ölkə üçün, onun qorunub saxlanması və inkişafı üçün çox kəskin, təxirəsalınmaz və eyni zamanda həyati vacib məsələlər var idi”.

Rusiya liderinin sözlərinə görə, o, prezidentliyin onun üçün nə demək olduğunu düşünürdü, lakin ilk növbədə ölkə qarşısında qoyulan vəzifələri necə həll edəcəyini fikirləşirdi

“Mən bunu bacara biləcəyəmmi, öhdəsindən gələ biləcəyəmmi, bunu düşünmüşəm”, – deyə Rusiya prezidenti bildirib. (Bakıvaxtı.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu – ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

redaktor

350 milyon avroluq təkliflə bağlı vaxt istədi

admin

Həbsdə olan jurnalistlərin kameraları dəyişdirilir

redaktor