22.6 C
Bakı
29 İyun 2026 08:34
DigərDünyaSiyasət

Maskdan Trampa ÇAĞIRIŞ: Vədinə əməl et!

Tacxeber.com xəbər verir ki, o, “X” hesabından Trampa səslənib.

Maks ABŞ liderini Ceffri Epşteyn işi ilə bağlı faylları açıqlamağa çağırıb.

“Sadəcə söz verdiyiniz kimi faylları yayımlayın”, – Mask bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp “Truth” sosial şəbəkəsində amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı əlavə sənədlərin mövcudluğu versiyasının demokratlar tərəfindən uydurulduğunu iddia edib.

Tramp əlavə edib ki, Epşteyn dosyesinin yaradılmasında MKİ və FTB-nin keçmiş rəhbərləri, həmçinin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının “uduzanları və cinayətkarları” iştirak ediblər. Amerika liderinin fikrincə, əgər bu sənədlər ona zərər verə bilsəydi, o zaman “radikal solçu dəlilər” onları artıq çoxdan dərc edərdilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kreml iqtisadiyyatı “soyuda” biləcəkmi

admin

Ukrayna Baş Qərargahı: “Rusiyanın hərbi itkiləri 49 mini ötüb”

redaktor

ABŞ-ın Ukraynaya silah tədarükü dayandırılıb?

admin