Naxçıvanda yeni təyinat alan vəzifəli şəxslər Bakıdan xüsusi texnika gətriblər.
Tacxeber.com-un əldə etdiyi məlumata əsasən son kadr dəyişikliklərindən sonra Naxçıvan Muxtar Respublikasının aşağıdakı yüksək vəzifəli şəxsləri arasında sıx koordinasiya formalaşıb:
Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi – Elmar Tağıyev, Miqrasiya Xidməti rəisi – Anar Xudiyev və Hərbi prokuror – Aqil Axundov öz aralarında qeyri-rəsmi olaraq əməkdaşlıq edirlər.
Adı çəkilən məmurlar son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mümkün nəzarətindən ehtiyatlanmağa başlayıblar. Buna səbəbdən də, Naxçıvanın yeni hərbi prokuroru Aqil Axundovun şəxsi təşəbbüsü ilə Bakıdan xüsusi texniki vasitələr – peşəkar detektor funksiyaları ilə təchiz olunmuş cihazlar gətirilib.
Bu cihazlar vasitəsilə prokurorluq və digər qurumların rəislərinin xidməti otaqlarında səs yazıcılar və gizli kameraların olub‑olmaması yoxlanılır. Yoxlamaların rəsmi prosedura əsaslanmadan, şəxsi təşəbbüs əsasında həyata keçirildiyi qeyd olunur.
P.S. Tacxeber.com mövzu ilə əlaqədar adları şəkilən məmurların da fikirlərini işıqlandırmağa hazırdır.
