20 C
Bakı
05 Oktyabr 2026 13:12
DünyaSiyasət

İsrail İrana qarşı müharibəyə hazırlaşır – Axios

İsrail hökuməti İranın nüvə proqramını bərpa etməyə cəhd edəcəyi təqdirdə, bu ölkəyə qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşır. Bu barədə Axios nəşri iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun Ağ Evdə baş tutacaq şam yeməyində əsas müzakirə mövzularından biri məhz İranın nüvə proqramı olacaq. İsrailli rəsmilərin sözlərinə görə, Netanyahu bu görüşdə ABŞ-la mövqeləri uzlaşdırmağa və mümkün hərbi zərbələr üçün əsasları müzakirə etməyə çalışacaq.

Təl-Əviv rəsmiləri hesab edir ki, İranın nüvə silahı əldə etməsi İsrail üçün ciddi təhlükə yaradır və bu vəziyyətdə Vaşinqtonun dəstəyinə böyük ümid bəslənir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Müsəlman qardaşları” təhlükəsi

redaktor

Zelenski: Ukrayna FP-9 raketi hazırlayır və Rusiyanın neft emalı zavodlarına zərbələrini ikiqat artıracaq

redaktor

Nələr baş verir?

redaktor