DünyaMüsahibəSiyasət

Trampla Zelenski Ukraynanın hava məkanını gücləndirmək barədə razılığa gəlib

Zelenski Trampla telefon danışığında Ukraynaya dəstəyə görə minnətdarlığını ifadə edib və müharibə ilə bağlı vəziyyəti müzakirə edib.

Volodimir Zelenski bununla bağlı özünün “X” hesabında paylaşım edib.

“Biz Amerika ilə çox şeyə nail olmuşuq və sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyirik. Mən bu gün ABŞ Prezidenti ilə mövcud vəziyyəti müzakirə etdim, o cümlədən, hərbi əməkdaşlığımızdakı fürsətlərə diqqət çəkdik və Ukraynanın hava məkanının qorunmasını gücləndirmək barədə razılığa gəldik. Ukrayna Amerika ilə müştərək layihələrə hazırdır”, – Zelenski qeyd edib. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Ərdoğandan İranın Zəngəzur təhdidlərinə sərt cavab: “Azərbaycanla tarixi ittifaqdayıq

redaktor

Milli Şura oyunu: Müxalifəti bir zərbə ilə silmək planı

redaktor