17 C
Bakı
09 Oktyabr 2026 11:37
Dünya

Rusiyanın 5 hava limanı drona görə iflic oldu – Uçuşlar dayandırılıb.

Rusiyanın beş hava limanında mülki aviasiya uçuşları dayandırılıb. Təhlükəsizlik məqsədilə təyyarələrin qəbuluna və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

 

İjevsk və Kirov hava limanları artıq rəsmi şəkildə reyslərin qəbulunu və yola salınmasını dayandırıb. Məsələ ilə bağlı yayılan rəsmi açıqlamada qeyd olunur:

“Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə aşağıdakı hava limanlarında onların qəbul və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub:

• İjevsk hava limanı

• Kirov – Pobedilovo hava limanı

Bundan əlavə, məhdudiyyətlər aşağıdakı hava limanlarında da qüvvədədir:

Sankt-Peterburq – Pulkovo (ölkənin ən böyük ikinci hava limanı),

Tatarıstanın paytaxtı Kazan, Nijnekamsk şəhərinin hava limanı.

 

Hazırda bu məhdudiyyətlərin səbəbləri barədə rəsmi açıqlama verilməyib. Amma ehtimallara görə, qərar ya təhlükəsizlik həyəcanları, ya da hərbi və ya texniki səbəblərlə bağlı ola bilər. Rusiyada son dövrlər mülki hava nəqliyyatı ilə bağlı müvəqqəti qadağalar daha tez-tez müşahidə olunmağa başlayıb. Bəzi hallarda bu qadağalar hava hücumu siqnalları, dron təhlükəsi və ya hərbi təlimlərlə əlaqələndirilir.

Mülki sərnişinlərə bu şəhərlərə səyahət etməzdən əvvəl hava limanlarının fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq tövsiyə olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor