21 C
Bakı
07 Oktyabr 2026 02:21
Dünya

Mask bu dəfə ABŞ hökumətini HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Trampla və milyonçu iş adamı İlon Mask arasında sosial mediada gedən mübahisə fonunda Mask astronavtları və ləvazimatları Beynəlxalq Kosmik Stansiyaya daşımaq üçün istifadə edilən kosmik kapsulu istismardan çıxarmaqla hədələyib.

Tacxeber.comxəbər verir ki, Tramp Maskın “SpaceX” raket şirkətinə və onun “Starlink” internet peyk xidmətlərinə verilən dövlət müqavilələrini kəsməklə hədələdikdən sonra Mask “Dragon” kosmik gəmisini dərhal istismardan çıxarmağa başlayacağını bəyan edib.

 

“SpaceX” hazırda dörd nəfərlik “Dragon” kapsullarından istifadə edərək, ekipajları kosmik stansiyaya və oradan geri daşıya bilən yeganə ABŞ şirkətidir. Dövlət müqavilələri sayəsində hazırlanmış kapsul kosmik stansiyanın işləməsinin vacib elementidir. NASA həmçinin, yaxın gələcəkdə elmi missiyaların başlanması və astronavtların Ayın səthinə çatdırılması və digər proqramlar üçün “SpaceX”ə etibar edir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İran rejimini devirmək istəyir…

redaktor

Zəngin dövlət, yoxsa zəngin vətəndaş?

redaktor

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

redaktor