ABŞ-ın hazırkı Prezidenti Donald Trampın adı keçmiş maliyyəçi Ceffri Epşteynin cinsi cinayətlər işində hallandırılıb.
Tacxeber.comxəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder İlon Mask “X” platformasında məlumat verib.
Mask paylaşımında Trampın adının Epşteyn ilə bağlı sənədlərdə olduğunu, bu səbəbdən də bu materialların uzun müddət məxfi qaldığını qeyd edib.
“Həqiqətən böyük bombanı atmağın vaxtı gəldi: Tramp Epşteyn sənədlərində var. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi də budur. Xoş günlər, DJT (Donald J. Trump)!”, – Mask yazıb.
Cefri Epşteyn iki dəfə, ən son 2019-cu ilin iyulunda həbs edilib. Həmin ilin avqustunda o, həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb. Epşteyn 2002-2005-ci illər arasında Nyu-Yorkdakı malikanəsində onlarla azyaşlı qızla görüş təşkil etməkdə ittiham olunurdu, onlardan ən kiçiyi 14 yaşında idi.
