21.6 C
Bakı
28 İyun 2026 10:42
DünyaHadisə

Kremldə düşünürlər ki, Ukrayna kəşfiyyatı bu dəfə haranı partladacaq?

“The Washington Post” nəşrinin iddiasına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində yeni əməliyyat hazırlayıblar. Başqa sözlə Ukrayna kəşfiyyatı ötən dəfəki “Hörümçək toru” əməliyyatını başqa formada Rusiya ərazisində təkrarlamaq əzmindədir. “Hörümçək toru” 3 hissədən ibarət idi. Əvvəlcə, Rusiyanın dəmiryollarında partlayışlar baş verdi, daha sonra Rusiya ərazisinə keçirilən dronlar vasitəsilə hava limanlarındakı bombardmançı təyyarələrin bir qisminə zərbələr endirildi, sonda Krım körpüsünün dayaqlarından biri partladıldı.

ABŞ nəşrinin iddiası gerçək olmasa belə, bu kimi xəbərlərin yayımlanması Rusiya hakimiyyətinə qarşı psixoloji savaşın tərkib hissəsidir. Kremldə qara-qara düşünürlər ki, Ukrayna kəşfiyyatı bu dəfə haranı partladacaq? Kreml sahibi nazirlərə təhlükəsizlik tədbirlərini artırmağı əmr edib. Rusiyada bu kimi əmrlərin necə yerinə yetirləcəyi bəllidir, şübhəlilər bəhanəsiyilə Rusiyada çalışan miqrant işçilər sıxışdırılacaq, xüsusi təyinatlılar onların çalışdıqları yerlərə və qaldıqları evlərə soxulacaqlar, yollarda nəqliyyat vasitələri kütləvi yoxlanılacaq, bu da kollaps yaradacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, Kreml sahibinə və sıravi vətəndaşlara rahatlıq olmayacaq.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Ukrayna Rusiyaya qarşı müharibədə hərbi strategiyasını dəyişib – “Bild” nəşri

admin

Lavrov: “Top bu gün Rusiyanın meydanında deyil”

redaktor

Bayden: Netanyahu bu varianta etiraz edə bilməyəcək

redaktor