18 C
Bakı
08 Oktyabr 2026 00:06
Dünya

Ukrayna Quru qoşunlarının komandanı İSTEFA VERDİ

Ukrayna Quru qoşunlarının komandanı Mixaylo Drapatiy ordunun təlim bölməsinə hücumdan sonra istefa qərarını açıqlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.

 

“Mən Ukrayna Quru qoşunlarının komandanı vəzifəsindən istefa verməyimlə bağlı hesabat təqdim etmək qərarına gəldim. Bu, faciəyə görə şəxsi məsuliyyət hissimin diktə etdiyi şüurlu addımdır”, – o yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Quru qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirilib. Nəticədə 12 hərbçi həlak olub, 60-dan çoxu yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor