18 C
Bakı
21 Oktyabr 2026 00:23
Dünya

Polşa İspaniyadan Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə etdi

Polşa gömrük orqanları İspaniyadan Azərbaycana göndərilən və Belarusla Rusiya üzərindən tranzitlə daşınan “Boeing” təyyarələri üçün nəzərdə tutulmuş beş ton çəkidə şinləri müsadirə edib.

 

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Polşanın Milli Vergi Administrasiyası məlumat yayıb.

 

Bildirilir ki, sözügedən yüklər Avropa İttifaqının sanksiyalarına düşdüyü üçün saxlanılıb.

 

“Polşanın Koroşin şəhərində yük maşını yoxlanılarkən əməkdaşlar bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə, mülki “Boeing” təyyarələrində istifadə olunan xüsusi şinlərin daşındığını müəyyən ediblər”, – deyə məlumatda əlavə edilib.

 

Yükün göndəricisi İspaniyada yerləşən bir şirkət, alıcısı isə Azərbaycandakı şirkət olub. Aşkarlanmış faktla bağlı gömrük saxtakarlığı maddəsi ilə cinayət işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor