19 C
Bakı
07 Oktyabr 2026 19:52
Hadisə

Salyanda 55 yaşlı kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döydü

Salyanda kişi 250 manatlıq ağacı kəsib qonşu qadını döyüb.

 

Hadisə Salyan rayonu, E.İmanov küçəsində baş verib. Həmin küçədə yaşayan, 1970-ci il təvəllüdlü Rahil Bədəlov qapısının qarşısında olan, Salyan Yaşıllaşdırma İdarəsinə 250 manata başa gələn bir ədəd zeytun ağacının budaqlarını kəsib. Səbəb həmin ağacın Rahil Bədəlovun evinə gedən elektrik naqilinə toxunması olub.

 

Rahilin qonşusu Sevda ağacın kəsildiyini görüb həmin ağacın kim tərəfindən kəsildiyini ondan soruşub. Rahil – “ağacı mən kəsmişəm, yaxşı eləmişəm”, – deyib. Sevda isə – “o ağacı sən əkmisən, sən də kəsirsən?” – deyə soruşub. Sevdanın bu sözündən əsəbiləşən Rahil Bədəlov Sevdaya yumruq və təpik zərbələri endirməklə onu döyüb.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən Rahil Bədəlov saxlanılıb.

 

Salyan Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə R.Bədəlovun anlaqsız olduğu qənaətinə gəlinib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.(Oxu.Az)

Tacxeber.com

Oxşar xəbərlər

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor

İsrail pilot hücumundan sonra flydubai təyyarəsini vurmağa hazırlaşır: yeni detallar

redaktor