Mədəniyyət

Deputat “Komedixana”dan yazdı: Bütün sahələrində belə olmalıdır

“Komedixana”nı izləyirəm. Kiçik istisnalar xaric çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. O əlavə edib ki, yaxşıları həvəsləndirmək vacibdir:

 

“Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır. Aktyor və rejissor məktəblərinin əsasən tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir. Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar, daha çeşitli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb. Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir.

 

Aktyorlara, prodüsser, ssenarist və rejissora uğurlar diləyirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Rafiq Tağı və susan cəmiyyət

redaktor