19 C
Bakı
08 Oktyabr 2026 07:38
Dünya

Türkiyədən RƏSMİ AÇIQLAMA – Azərbaycana gələn Netanyahuya İCAZƏ VERİLMƏYƏCƏK Kİ…

 

Türkiyə Azərbaycana səfər edəcək İsrailin baş naziri Binyamin Netanyahunun təyyarəsi üçün hava məkanını açmayacaq.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi “X” sosial şəbəkəsində məlumat yayıb.

 

“İsrailin baş naziri Binyamin Netanyahunun mayın 8-də Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılması ilə bağlı qətiyyən heç bir razılıq yoxdur. Türkiyə hava məkanını İsrail təyyarələri üçün bağlayıb”, – deyə məlumatda bildirilir.

 

Mərkəz əlavə edib ki, səmanı bağlamaq qərarı İsrailin Qəzza zolağı ilə bağlı siyasəti ilə əlaqədar verilib. Eyni zamanda Türkiyə Fələstinə dəstəyini davam etdirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor