22.5 C
Bakı
28 İyun 2026 11:28
GündəmİqtisadiyyatMüsahibə

“Nazir müavini bunu kimə deyir? Mənə? Mən tədbiq etməliyəm?” – Natiq Cəfərli

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, sitat: “Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir”.

 

Məmurların bu tipli açıqlamalarını görəndə insan mat-məətəl qalır, nazir müavini bunu kimə deyir? Mənə? Mən tədbiq etməliyəm? Kimə, kimdən şikayət edirlər? Səlahiyyət sizdə, qanun sizdə (parlamentdə çoxluq, yəni), qərar sizdə – tədbiq edilməlidirsə, edin, daha bunu mənə-ictimayyətə niyə deyirsiniz ki?!

 

Hə, əgər etiraf edirsiniz ki, edilməlidir, amma edə bilmirik, yolunu tapmırıq, bacarmırıq, gəlin kömək edin – bu başqa məsələ, eləcə də deyin, ölkədə bu məsələdə fikri, təklifi olanları toplayın, qulaq asın, qeydlər aparın, sonra da tədbiq edin…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

DTX-nin saxladığı Nəzakət Məmmədovanı Əli Həsənov ilə nə bağlayır? – FOTOLAR

redaktor

Cennifer Lopez içki düşkünü olub.

admin

21 mart 1963-cü il, qorxunc Alkatras həbsxanası qapadıldı – Yadigar Sadıqlı

admin