23.7 C
Bakı
29 İyun 2026 01:08
Cəmiyyət

Manatlıq taksilər qanunsuz fəaliyyət göstərirlər – AYNA

“Manatlıq taksi anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir”.

 

Tacxeber.com xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə deyib ki, yol polisi bu problemlə mübarizə aparır:

 

“Yol polisi bir nöqtəyə bütün gün təhkim oluna bilməz. Yol polisi əməkdaşı ərazidən uzaqlaşan kimi manatlıq taksilər ora qayıdıb dayanır. Cəzaların sərtləşdirilməsi sürücüləri bu hərəkətdən çəkindirsə də, bu problem var. Sürücünün özünün məsuliyyəti olmalıdır. Həmin sürücülərin arxivinə baxanda görürük ki, onlar qazandıqlarını da cərimə ödəyir, amma bu əməldən əl çəkmirlər. Biz o taksi sürücüləri ilə görüşlər təşkil etməyə və onları bu əməldən çəkindirməyə çalışırıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Qaz balonu hansı hallarda partlaya bilər? – Video

redaktor

“Medaura” klinikasının baş həkiminin əməliyyat etdiyi qadın tanınmaz hala düşdü – FOTOLAR

redaktor

Siqareti yerə atanlar 700 manatadək, maşından zibil atanlar isə 4 min manatadək cərimələnəcək – Yeni qanun MM-də ilk oxunuşdan keçdi

redaktor