23.7 C
Bakı
09 İyun 2026 21:06
Dünya

Planlı qeysəriyyə əməliyyatları qadağan edildi

Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyub.

 

Tacxeber.com xəbər verir ki, qərar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.

 

Mövzu ictimaiyyətdə geniş müzakirə doğurub. Prezident Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərək, “Normal doğuşa təşviq hörmətsizlik deyil, sağlam cəmiyyət üçün mühüm addımdır,” deyib.

 

Qeyd edək ki, “Sağlam Türkiyə Əsri” proqramı çərçivəsində yenilənən əsasnaməyə əsasən, doğum şöbəsi yaratmaq istəyən özəl tibb mərkəzləri artıq əməliyyat otağına da sahib olmalıdır. Əks halda doğum xidmətləri göstərmələrinə icazə verilməyəcək.

 

Yeni qaydalara görə, doğum otaqları minimum 16 kvadratmetr ölçüsündə olacaq və doğuşla bağlı bütün məlumatlar elektron sistemə daxil ediləcək. Həmçinin, mütəxəssis həkimlərin sayı 10-u keçən mərkəzlərdə cərrahi müdaxilə bölməsi yaradılması mümkün olacaq.(Milli.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İranın Türkiyə ərazisinə düşən raketlərinə cavab verib.

redaktor

TikTok qadağası: Gənc seçiciəri Baydendən üz döndərdi

redaktor

Sensasion iddia: Ukrayna F-16-larla darmadağın edir

admin