İdman

“Qarabağ” – “Neftçi” oyununda azarkeş rekordu

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.

Tacxeber.comPeşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.

Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.

“Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.

Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.

Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan millisində qalmaqallı qadın güləşçi: Dopinqdə ilişib, sevgi yaşayıb – FOTOLAR

redaktor

Bojoviçin çətin ki, “Neftçi”yə faydası olsun – Rusiyadan baxış

redaktor

Messinin qol vurduğu bütün qapıçılara hədiyyə göndərildi – FOTOLAR

redaktor