Dünya

ABŞ telekanalında biabırçı səhv: Kiyev Rusiya ərazisi kimi təqdim edildi

Ukrayna paytaxtından Pasxa bayramı ilə bağlı keçirilmiş ibadəti yayımlayan ABŞ-nin “Fox News” telekanalı Kiyevi Rusiyanın tərkib hissəsi kimi göstərib.

 

Oxu.Az xəbər verir ki, telekanalın Kiyevdəki Müqəddəs Mixail Qızıl Qübbəli Məbəddən apardığı yayımın subtitrndə “Kiyev, Rusiya” yazısı gedib.

 

Tamaşaçıların sözlərinə görə, bu formada yayım təqribən yarım saat davam edib. Daha sonra səhv düzəldilib.

 

“Fox News” Moskvadakı Xilaskar Məsihin Məbədindən Moskva və bütün Rusiya Patriarxı Kirillin apardığı Pasxa ibadətini də nümayiş etdirib.

Tacxeber.com

Oxşar xəbərlər

Belə yağışlar olanda niyə Tiflis ya İrəvanı su basmır?

redaktor

ABŞ İran limanlarının dəniz blokadasına başlandığını elan etdi

redaktor

Porno aktrisa Trampa qarşı ifadə verməyə hazırdı

redaktor