20 C
Bakı
10 Oktyabr 2026 02:45
CəmiyyətHadisə

Əvəz Zeynallı azad edilir?

Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyevlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik.

 

Bu barədə jurnalist Əvəz Zeynallının vəkili Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər:

“Həmçinin “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”na “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də aiddir.

Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.

 

Xatırladaq ki, bu günlərdə  Əvəz Zeynallıda xərçəng xəstəliyi olduğu bəlli olub.

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor