19 C
Bakı
08 Oktyabr 2026 03:57
Dünya

Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.

 

Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb.

 

“Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – o qeyd edib.

 

Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı [email protected] ünvanına elektron məktub göndərilə bilər.

 

Qeyd edək ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor