22.6 C
Bakı
29 İyun 2026 09:32
DünyaMuharibə

Ukraynada Rus ordusu artıq irəliləyə bilmir – Kəşfiyyat

Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib.

 

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.

 

Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.

 

“Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib”, – hesabatda qeyd edilib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı “Crocus”la bağlı statusuna görə həbs edildi

redaktor

Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlandı.

admin

Qara ilə Ağın əsirliyində yaşamaq

redaktor