19 C
Bakı
08 Oktyabr 2026 03:58
Dünya

ABŞ-a 50-dən çox ölkə gömrük vergilərinin endirilməsi üçün müraciət ünvanladı.

Birləşmiş Ştatlar artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müraciət alıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “ABC News” telekanalına müsahibəsində bildirib.

 

“Ötən gün ABŞ-ın ticarət danışıqlarında iştirak edən nümayəndəsindən hesabat aldım. Bildirildi ki, 50-dən çox ölkə Prezident Donald Trampa müraciət edərək gömrük rüsumları ilə bağlı danışıqlara başlamaq istəyini ifadə edib. Onlar başa düşürlər ki, onların məhsullarına qarşı çoxsaylı rüsumlar tətbiq olunub və bu səbəbdən danışıqlar aparmaq istəyirlər”, – deyə Hasset qeyd edib.

 

O həmçinin əlavə edib ki, Vaşinqton Rusiya ilə bağlı idxal rüsumlarını tətbiq etməyib.

 

Hasset deyib ki, Prezident Tramp bu mövzunun Ukrayna üzrə sülh danışıqlarına mane olmasını istəmir.(APA)

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor