Dünya

Qorxulu anlar: Türkiyə təyyarəsini ildırım vurdu – Foto

Əlverişsiz hava şəraiti səbəbindən Milas-Bodrum hava limanına eniş edə bilməyən Sabiha Gökçen-Bodrum reysi üzrə uçan “Pegasus” təyyarəsi Dalaman hava limanına yönləndirilib.

 

Tacxeber.com “Haber Global”a istinadən xəbər verir ki, hava şəraiti yaxşılaşdıqdan sonra Bodrum uçuşunu tamamlamaq üçün Dalaman hava limanından qalxan təyyarəni bu dəfə ildırım vurub.

 

Təyyarə heç bir problem olmadan Bodrum hava limanına enişini tamamlayıb.

 

Texniki qrup ildırım vuran təyyarəyə baxış keçirərkən heç bir xoşagəlməz hal aşkar etməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor