CəmiyyətHadisəİqtisadiyyat

“Siz insanları dolamısınız?” – Natiq Cəfərli

“Baş bəlası, büdcəyə aid məsələlərə qeyri-qanuni müdaxilələr edən, parlamentin funksiyasının bir qismini mənimsəyən, ona görə də anti-konstitutsion qurum olan Tarif Şurası, dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin yeni tariflərini müəyyən edib (saytlar bu addımı, “tənzimləyib”, kimi təqdim ediblər)”.

 

Tacxeber.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb.

O yazızına bu cür davam edib:

 

“Tarif Şurası qərarı ilə bağlı o qədər bisavad açıqlama verib ki, insan şoka düşür, sitat: “Tariflərin dərman vasitərlərinin qiymətlərinə təsiri gözlənilmir. Çünki farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinə görə tariflərin ödəyiciləri dərman vasitələrinin istehsalçıları və ya idxalçılarıdır”.

 

Siz insanları dolamısınız? Dərmanın istehsalçısı, və ya idxalçısı qonşusundan, əmisindən, dayısından pul alır və ödəyir rüsumları, tarifləri?! Təbii ki, ödənilən hər qəpik satılan dərmanın qiymətinin üzərinə gəlir də, deməli, sonda yenə istehlakçı, alıcı ödəyir! Tarif Şurası daxil olmaqla rəsmi qurumlar birdəfəlk anlasınlar ki, istənilən rüsum-vergi-tarifin SON ÖDƏYİCİSİ vətəndaşdır!

Ölkə dərmana olan təlabatının 94-95%-i xaricdən ödəyir, idxal edir, buna görə utanmaqdansa, satışına ƏDV, qeydiyyatına isə əlavə tariflər gətirib qiymətləri daha da bahalaşdırırlar!”

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Hövuzda halı pisləşən 4 yaşlı uşaq xəstəxanada öldü – TƏFƏRRÜAT – VİDEO

admin

Jurnalist hansısa müğənninin tumanı altında eşələnməlidir?..

admin

Saleh Məmmədovun dəyəri millyonlarla ölçülən istirahət mərkəzi – Kəlbəcər bu dəfə də “İşğal” altına düşdü

admin