18 C
Bakı
08 Oktyabr 2026 03:08
Dünya

Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”

Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməstin İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan dilində məktub yazması barədə xəbər panfarsistlərin etirazına səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə sosial medianin İran seqmentində müzakirələr açılıb.

 

Millətçi farslar bunu ölkə qanunlarının pozulması və rəsmi dövlət dilinə qarşı saymazlıq kimi dəyərləndiriblər.

 

Bəhram Sərməst özü bu barədə açıqlama verməsə də, ona yaxın şəxslər və sosial media kanalları belə bir məktubun yazılmadığını bildiriblər.

 

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən rəsmi danışıq və yazışmaların fars dilində aparılması vacib olsa da, qeyri-rəsmi danışıq və yazışmaların qeyri-fars dillərində olması qadağan edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor