22 C
Bakı
09 Oktyabr 2026 19:42
Cəmiyyət

Nigar Fərhadın qalmaqallı sözlərinə görə işə başlandı – Qərar veriləcək

“Kanal S”in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər.

 

Tacxeber.com xəbər verir ki, rezonans doğuran bu məsələ ilə bağlı “Kanal S”in Baş direktor müavini Ramin Mustafayev Manset.az-a açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:

 

“Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik”.

 

Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:

 

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor

Hicab qadağası Azərbaycan sekulyarlığına uyğundurmu?

redaktor