İqtisadiyyat

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

 

2025-ci ilin yanvar ayında Azərbaycana toplamda 785.86 ton təzə və ya soyudulmuş badımcan idxal olunub.

 

Tacxeber.com valyuta.az-a istinadən xəbər verir ki, idxal olunan badımcan İran İslam Respublikasından gətirilib və bunun müqabilində ödənilən məbləğ 392.93 min ABŞ dolları olub.

 

Yəni, İran İR-dən idxal olunan badımcanın 1 kiloqramı 0.5 dollar olub.

 

Sözügedən dövrdə isə 270 kq həcmində badımcan ixrac olunub. Məlumata əsasən, bu ixrac Səudiyyə Ərəbistanına olub.

 

Bu ixracdan əldə edilən gəlir isə 3.75 min dollar olub. Səudiyyə Ərəbistanına ixrac olunan badımcanın 1 kiloqramı isə 13.8 dollar olub.

 

Yəni, İrandan idxal olunan badımcanın 1 kiloqramı təxminən 85 qəpik, S.Ərəbistanına ixrac olunanın qiyməti isə təxminən 23.46 qəpik olub.

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Azərbaycan turizm gəlirlərində Ermənistan və Gürcüstandan geri qalır?

admin

Deputat Jalə Əliyevanın yanlış iddiası: Azərbaycanda qadınlar kişilərlə eyni maaşı alırlar

admin

Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – Rəsmi

redaktor