24.1 C
Bakı
28 İyun 2026 17:05
Cəmiyyət

Rəsmi açıqlama yayıldı: Cinayət işi açılıb

Respublika Endokrinoloji Mərkəzinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

 

“Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda deyilir.

 

Bildirilib ki, toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?

redaktor

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi…

redaktor

Yuxusuzluğun ağlınıza gəlməyən səbəbi açıqlanıb: bu, vitamin çatışmazlığı ola bilər…

redaktor