22.6 C
Bakı
29 İyun 2026 08:44
Dünya

Starmer Zelenskiyə Ukraynaya davamlı yardım vəd edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edərək, Londonun Kiyevə ehtiyacı olduğu müddətdə yardım göstərəcəyini vəd edib.

 

Tacxeber.com xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahında Zelenski ilə danışıqlara başlamazdan əvvəl bildirib.

 

“Siz Böyük Britaniyadan tam dəstək alırsınız, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Londonun məqsədi Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə nail olmaqdır”, – o bildirib.

 

Zelenski isə dəstəyə görə Britaniya xalqına və hökumətinə təşəkkür edib.

 

Ukrayna lideri həmçinin Böyük Britaniya kralı III Çarlzın görüşə razılıq verməsindən məmnunluğunu ifadə edib.

 

Böyük Britaniyanın Baş naziri ənənəni pozaraq qonağı nəinki öz iqamətgahının astanasında gözləməklə kifayətlənib, həm də onu qarşılamağa gedib və qucaqlayıb. “Sky News”un məlumatına görə, Starmer bununla da göstərdi ki, bir gün Vaşinqtondan fərqli olaraq London Kiyevin tərəfindədir.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

“Üçüncü dünya müharibəsinin qarşısını almaq çətin olacaq” – Vuçiç taktiki nüvə silahından istifadənin mümkünlüyünü istisna etməyib

redaktor

68 manata olan bu şirniyyat üçün səhər saat 5-dən növbəyə dururlar: “Cronut” çılğınlığı necə yarandı?

redaktor

İspaniyadan qərar: əhaliyə 200 avro bonus, sıfır vergi…

admin