17 C
Bakı
11 Oktyabr 2026 04:08
Cəmiyyət

Hansı yuxuların gerçəkləşdiyi məlum oldu

Yuxular həmişə insanların maraq dairəsində olub.

 

Tacxeber.comxəbər verir ki, bəziləri onları beynin təsadüfi görüntüləri, digərləri isə gələcəyə işarə verən mistik mesajlar hesab edir.

 

Bəs hansı yuxuların gerçəkləşmə ehtimalı daha yüksəkdir?

 

Alimlər bildirir ki, səhərə yaxın REM (Rapid Eye Movement) yuxu fazasında görülən yuxular daha real və emosional olur. İnsan beyninin oyanmağa hazırlaşdığı bu mərhələdə alınan mesajlar yadda daha yaxşı qalır və bəzən gerçəyə çevrilir.

 

Ezoteriklər hesab edir ki, cümə gecəsi yuxuların gerçəkləşməsi üçün xüsusi enerjiyə malikdir. Bu gün gördüyünüz yuxular həyatınızda mühüm dəyişikliklərə işarə edə bilər.

 

Əgər bir yuxunu dəfələrlə görürsünüzsə, bu, beyninizin və ya kainatın sizə önəmli bir mesaj verməyə çalışdığı anlamına gələ bilər. Xüsusilə, eyni yuxu həftələrlə və ya aylarla təkrarlanırsa, onun mənasını araşdırmaq məsləhətdir.

 

Bəzi insanlar yuxularında hissləri çox güclü şəkildə yaşayırlar – toxunma, qoxu, hətta ağrı hiss edirlər. Belə yuxuların gerçəkləşmə ehtimalının daha yüksək olduğu deyilir.

 

Ezoteriklərin fikrincə, əgər bir yuxunu səhər tezdən və ya qısa bir mürgü zamanı görürsünüzsə, onun həyata keçmə ehtimalı yüksəkdir.

 

Yuxular həyatımızın bir hissəsidir və bəzən onları doğru şərh edərək gələcəyimizə işıq sala bilərik.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin