24 C
Bakı
18 Avqust 2026 03:50
CəmiyyətHadisə

İlyas İsmayılov vəfat edib.

O, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

 

Azərbaycanın sabiq ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün 87 yaşında vəfat edib.

 

Yaxınlarının verdiyi məlumata görə, İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəfat səbəbi kimi multiorqan çatışmazlığı olduğu deyilir.

 

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

 

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor