Dünya

Azərbaycan helikopter ilə vəhşi heyvanları peyvəndlədilər

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

 

Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

 

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 600 kilometrdən çox məsafədə 13 min aldadıcı yem səpilib.

 

Qeyd edilib ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.

 

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor