26 C
Bakı
16 Avqust 2026 22:22
Cəmiyyət

Hüseynbala Mirələmovun oğlu bələdiyyə üzvü seçildi

Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov Yasamal Bələdiyyəsinin üzvü seçilib.

 

Tacxeber.com xəbər verir ki, o, səsvermədə 21621 seçicinin səsini qazanıb.

 

F.Mirələmov bu göstərici ilə Yasamal Bələdiyyəsi üzrə beşinci yeri tutub.

 

Keçmiş deputatın övladının namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

 

F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir.

 

Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə YAP-ın Xətai rayon Təşkilatının sədri vəzifəsini tutub.(Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir

redaktor

Naxçıvanda çörək sexlərindən şikayət: “Çəkini azaldıb alıcını aldadırlar”

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin