Hadisə

Goranboyda qayınata gəlinə qumbara atdı

Goranboyda qumbara partlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

 

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

 

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir. Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Xankəndidə ev istəyən keçmiş məcburi köçkün: ‘Niyə normal evlərdən birini vermirlər?’

admin

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin