22 C
Bakı
09 Oktyabr 2026 17:45
Dünya

Avropa gizli şəkildə Ukraynaya ordu göndərməyə hazırlaşır

Avropa ölkələrindən ibarət bir qrup Ukraynaya qoşun göndərmək planı üzərində gizli şəkildə işləyir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı “Assoşeyted Press” öz mənbələrinə istinadla yayıb.

 

“Onlar Rusiya ilə gələcək hər hansı bir sülh sazişinin icrasını təmin etməyə kömək etmək niyyətindədirlər. Böyük Britaniya və Fransa bu səylərin ön cəbhəsindədir, baxmayaraq ki, təfərrüat hələ azdır, çünki bu ölkələr Putin qarşısında öz planlarını ifşa etmək istəmirlər”, – deyə nəşr yazıb.

 

Agentliyin məlumatına görə, bu məsələ üzərində təxminən bir il əvvəl iş başlayıb:

 

“Bununla belə, bunun necə həyata keçiriləcəyi hələ tam aydın deyil. Son plan müharibədən sonrakı təmas xəttinin necə olacağından asılıdır”.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor